Ukrayna Moskva istiqamətinə 32 PUA ilə hücum həyata keçirib

14 Mart 2026 21:08

Ukrayna Silahlı Qüvvələri Rusiya paytaxtı Moskva istiqamətində kütləvi pilotsuz uçuş aparatları ilə hücum edib.

Milli.Az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan 32 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Mer əlavə edib ki, PUA-ların qalıqlarının düşdüyü ərazilərdə fövqəladə xidmətlər işləyir. (APA)

Milli.Az