Ramazanın 25-ci gününün duası - İftar və imsak vaxtları

14 Mart 2026 20:00

Sabah Ramazan ayının 25-ci günüdür.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 15-də Bakıda imsak saat 05:26-da, iftar isə saat 19:02-dədir.

Ramazan ayının 25-ci gününün duası:

"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".

Tərcüməsi:

"İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu Peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!"

Allah orucunuzu qəbul etsin!

Milli.Az