Kubada etiraz aksiyası zamanı gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, məlumata görə, Moron şəhərində toplaşan etirazçılar yerli "Kommunist" partiyasının Kuba qərargahını yandırıblar.
Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda etirazçıların binaya od vurduğu və alovun qısa müddətdə geniş əraziyə yayıldığı görünür.
Hadisə ilə bağlı görüntülər Teleqram kanallarında paylaşılıb və qısa müddətdə geniş müzakirələrə səbəb olub. Yayılan kadrlarda isə etirazın gərgin atmosferdə keçdiyi aydın görünür.
Milli.Az