Bu ərazilərdə bazar qiymətindən çox aşağı, yeni, təmirli, ipotekaya yararlı evlər satılır

14 Mart 2026 13:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial layihəsi çərçivəsində kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında yeni mənzillərin satışı davam edir.

Milli.Az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış komplekslərində olan bu mənzillərin hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıb, həmçinin çıxarışlıdır, ipoteka krediti ilə də almağa uyğundur.

Mənzillərlə ms.sosial.gov.az portalında tanış ola və seçdiyiniz mənzili portaldakı "Bron et" düyməsini sıxmaqla bron edə bilərsiniz.

Bir mənzili 3 şəxs bron edə bilər, ilk bron edən şəxs mənzili almasa, mənzili almaq hüququ bron etmiş digər şəxsə keçir.

Mənzili bron edərək alan şəxslə ƏƏSMN arasında 10 gün müddətində alqı-satqı müqaviləsi bağlanır.

Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər.

Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına yönəldilir.

Əlavə məlumat üçün 142-Çağrı Mərkəzinə müraciət edə bilərsiniz.

Milli.Az