Azərbaycanlı gənc sevgilisi ilə Kiprdən deportasiya edildi

14 Mart 2026 16:13

Kiprdə 28 yaşlı azərbaycanlı gənc estoniyalı sevgilisi ilə Estoniyaya deportasiya edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Kiprinform" portalı yayıb.

Məlumata görə, azərbaycanlı gənc 27 yaşlı sevgilisi ilə Kiprdən deportasiya edilməzdən əvvəl 2 həftə ərzində istintaq təcridxanasında saxlanılıb. 

Bildirilib ki, onlar Larnak, Limassol və Pafosda İsrailə aid daşınmaz obyektləri izləyərək onların fotolarını çəkməkdə təqsirləndirilərək fevralın 27-si həbs ediliblər. Məhkəmə onlar barəsində deportasiyaya qədər həbs qətimkan tədbiri seçib.

Milli.Az