Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atdı - Yeni müharibə?

14 Mart 2026 11:31

Şimali Koreya Yapon (Şərq) dənizinə 10 ballistik raket atıb.

Milli xəbər verir ki, bu barədə Seulun Birgə Qərargah Rəisləri Komitəsi məlumat yayıb.

Bu, Pxenyanın Cənubi Koreya-ABŞ hərbi təlimləri ilə bağlı xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib.

Cənubi Koreya ordusunun açıqlamasında deyilir ki, Şimali Koreyanın Sunan bölgəsindən Yapon (Şərq) dənizinə doğru atılan təxminən on ballistik raket aşkar edilib.

Milli.Az