Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

14 Mart 2026 09:25

Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində su borusu partlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, borunun partlaması nəticəsində ərazidə su axını müşahidə edilir. Asfalt örtüyü yararsız vəziyyətə düşüb.

Hadisə səbəbindən ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Milli.Az