Bu ərazi 3 saat işıqsız qalacaq

14 Mart 2026 09:10

Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisi olmayacaq.

Milli.Az xəbər verir ki, fasilə ağacların budanması ilə əlaqədar yaranacaq.

Belə ki, Biləsuvarın bir hissəsini elektrik enerjisi ilə təmin edən 10 kV-luq Biləsuvar yarımstansiyasından qidalanan 11 saylı hava xətti üzərində olan abonentlərin elektrik enerjisi ilə təchizatı 14 mart saat 10.00-13.00-a kimi dayandırılacaq.

Milli.Az