6 yaşında "Vogue Enfants" jurnalının üz qabığına çəkilərək dünya şöhrəti qazanan fransız model Taylan Blondeo illər sonra şəxsi həyatı ilə yenidən gündəmə gəlib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 24 yaşlı model uzun müddətdir birlikdə olduğu fransalı aktyor Benjamin Attalla evlənmək qərarına gəldiyini açıqlayıb.
Blondeonun nişan üzüyü də sosial mediada müzakirə mövzusuna çevrilib. Bəzi mənbələrə görə, üzüyün təxminən 34.000 funt sterlinq ( 78500 manat) dəyərində olduğu bildirilir.
Qeyd edək ki, Taylan Blondeo ilk dəfə 2006-cı ildə "Vogue Enfants" jurnalının üz qabığına çıxanda diqqət çəkib və daha sonra "dünyanın ən gözəl qızı" kimi tanınıb. Bu illər ərzində o, modellik karyerasını davam etdirir və beynəlxalq brendlərlə işləyir.
Milli.Az