Futbol üzrə Misli Premyer Liqasında XXIV tura start verilib.
Milli.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Araz-Naxçıvan" öz meydanında "Karvan-Yevlax"a 2:1, "Şamaxı" isə səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə qalib gəlib.
Bu nəticələrdən sonra "Zirə" 39 xalla 4-cü, "Araz-Naxçıvan" 36 xalla 5-ci, "Sumqayıt" isə 32 xalla 6-cı, "Şamaxı" 30 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura martın 15-i yekun vurulacaq.
Milli.Az