Bakı-Qazax magistralında qəza - Xəsarət alanlar var - FOTO

13 Mart 2026 18:36

Bakı-Qazax magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Reno" və "Ford" markalı maşınlar toqquşub.

İlkin məlumata görə, qəzada 1960-cı il təvəllüdlü Bəxtiyar Həsənov, 2001-ci il təvəllüdlü Lalə Məhərrəmova və 2025-ci il təvəllüdlü Ramal Məhərrəmov xəsarət alıb. Yaralılar Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az