Türkiyənin "Fənərbağça" klubunun ulduz yarımmüdafiəçisi Fred yenidən öz vətəninə qayıda bilər.
Milli.Az xəbər verir ki, Braziliyanın "Atletiko Mineiro" klubu təcrübəli futbolçunu heyətinə qatmaq niyyətindədir. İstanbul təmsilçisinin isə bu ehtimal olunan transferə müsbət yanaşdığı bildirilib.
Məlumata görə, 33 yaşlı oyunçunun keçidi müqabilində "sarı-lacivərdlər" qarşı tərəfdən 12 milyon avro təzminat tələb edir.
Fred 2023-cü ilin yay transfer pəncərəsində İngiltərənin "Mançester Yunayted"dən "Fənərbağça"ya transfer olunmuşdu.
Braziliya millisinin sabiq üzvü "Fənərbağça" forması ilə 117 rəsmi matçda meydana çıxaraq, 15 qol vurub və eyni zamanda 15 məhsuldar ötürməyə imza atıb.
Hüseyn
Milli.Az