"Çelsi" rəsmi resurslarında komandanın müdafiəçisi və kapitanı Riz Ceymslə bağlı açıqlama yayıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bəyanatda futbolçunun London klubu ilə 2032-ci ilə qədər qüvvədə olacaq yeni əmək müqaviləsi imzaladığı bildirilib. Onun əvvəlki sözləşməsi 2028-ci ilin ortalarınadək nəzərdə tutulmuşdu.
Cari mövsümdə İngiltərə çempionatında sağ cinah müdafiəçisi 26 oyunda iştirak edib, iki qol vurub və beş məhsuldar ötürmə verib. Çempionlar Liqasında isə 26 yaşlı futbolçu səkkiz qarşılaşmada iki qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, Ceyms "Çelsi"nin yetirməsidir. Onun transfer dəyəri "Transfermarket" portalının məlumatına görə 60 milyon avro qiymətləndirilir.
Milli.Az