Texasda böyük neft zavodunda partlayış oldu - VİDEO

13 Mart 2026 18:02

ABŞ-nin Texas ştatındakı böyük neft emalı zavodunda partlayış baş verib.

Day.Az-ın məlumatına görə, görüntülər Telegram-da yayımlanıb  .

Rəsmilər xəsarət alan olmadığını, hər kəsin təhlükəsiz olduğunu və hələlik heç bir təxliyə və ya evdə qalmaq əmri verilmədiyini bildirirlər.

Yanğının səbəbi hələ də araşdırılır.

Milli.Az