"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.
İqtisadçı Natiq Cəfərli Milli.Az-a açıqlamasında bildirib ki, hələ 2011-2012-ci illərdə bu barədə ilk təkliflərlə çıxış edib və hazırda isə bunun üçün daha əlverişli bir fürsət yaranıb.
N.Cəfərlinin fikrincə, işğaldan azad olunmuş bölgələrə universitetlərin köçürülməsi mümkündür.
Onun sözlərinə görə, universitet şəhərlərinin yaradılması ideyası da reallaşa bilər:
"Məsələn, Xankəndi və Ağdam kampuslarla birlikdə universitet şəhərlərinə çevrilə bilər. Bu, Azərbaycan üçün çox yaxşı imkan yaradır. Lakin bu məsələ ilə bağlı müzakirələr aparılsa da, təəssüf ki, hələlik real qərarlar qəbul olunmayıb".
Mina Mikayılova
Milli.Az