MN: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik

13 Mart 2026 16:19

"Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik. Bu suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır".

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd edilib:

"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir.

Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik".

Aysel
Milli.Az