Faciəvi şəkildə ölən ata və oğulun FOTOları

13 Mart 2026 15:43

Xəbər verdiyimiz kimi, martın 6-da paytaxtın Qaradağ rayonu ərazisində faciəli hadisə baş verib.

Milli.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü Ruslan Məmmədov və onun 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək həyatlarını itiriblər. Hadisənin günorta saatlarında, təxminən 16 radələrində baş verdiyi bildirilib.

Faciədən sonra sosial şəbəkələrdə ata və oğulun birgə fotosu yayılıb. Paylaşım qısa müddətdə istifadəçilərin diqqətini çəkib və çoxsaylı kədər dolu rəylər yazılıb.

İzləyicilər şərhlərdə mərhumların ailəsinə başsağlığı verərək, baş verən hadisənin böyük faciə olduğunu qeyd ediblər.

Musa
Milli.Az