Mərhum nazirin nəvəsi Eyfelin önündə mahnı oxudu – VİDEO

13 Mart 2026 16:32

Mərhum energetika Natiq Əliyevin nəvəsi Aliyə Əliyeva sosial şəbəkədə paylaşdığı video ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, paylaşımda Aliyənin Eyfel qülləsinin qarşısında mahnı ifa etdiyi görülür.

O, Paris küçələrində çıxış edən musiqiçilərə qoşularaq fransız dilində mahnı oxuyub. Maraqlı anları əks etdirən video izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Aliyə mərhum nazirin oğlu Fərhad Əliyevin birinci nikahından olan övladıdır. Fərhad Əliyev hazırda müğənni Safurə Əliyeva ilə ailəlidir və onların bu nikahdan üç övladı var.

Aliyə Əliyeva isə hazırda Avropada yaşayır və sosial şəbəkələrdə aktiv paylaşımları ilə tez-tez diqqət çəkir.

Milli.Az