İran ABŞ-a xəbərdarlıq etdi

13 Mart 2026 16:28

İran ABŞ-lə mümkün münaqişənin tez bitməsinə imkan verməyəcəyini bildirib.

Milli.Az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani sosial şəbəkədə paylaşım edib.

O qeyd edib ki, Donald Tramp müharibəni tez qazanmaq barədə danışsa da, münaqişəni başlatmaq asan, onu qısa müddətdə bitirmək isə mümkün deyil və bunu sosial şəbəkədə yazılan bir neçə mesajla həll etmək olmaz.

Laricani əlavə edib ki, ABŞ səhvini etiraf edib məsuliyyət daşımayana qədər İran geri çəkilməyəcək. O həmçinin xəbərdarlıq edib ki, İranın enerji infrastrukturuna hücum olarsa, qısa müddətdə regionda genişmiqyaslı elektrik kəsintisi yarana bilər. 

Asya
Milli.Az