Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobillərə texniki baxış kompleksinin tikintisi ilə bağlı tender elan edilib.
Milli.Az -ın əldə etdiyi məlumata görə,ehtimal olunan qiymət 21 milyon 422 min 434 manat 29 qəpik təşkil edir.
Satınalan təşkilat Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsidir.
Müsabiqədə iştirak 3.213,37 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Ayxan
Milli.Az