Qvardiola futboldan sonrakı həyatını təsvir edib

13 Mart 2026 13:00

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futboldan sonrakı həyat haqqında düşünməyə başladığını etiraf edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  ispaniyalı mütəxəssis karyerasını başa vurduqdan sonra futbolun ona çox şey çatmayacağını bildirib.

"Mənə "Kamp Nou" çatmayacaq, "Bavariya" çatmayacaq - ümid edirəm ki, növbəti mərhələyə keçib "Allians Arena"ya gedə biləcəyik - və karyeramı bitirəndə bunların hamısı mənə çatmayacaq. Bu axşamlar üçün darıxacağam, çünki onlar çox xüsusidir", - deyə Qvardiola bildirib.

O, İngiltərədəki stadionlara da xüsusi sevgisi olduğunu qeyd edib.

"Mən "Selharst Park"ı da çox sevirəm("Kristal Palas"ın stadionu), o da mənə çatmayacaq. Darıxacağam. "Fulhem", "Kristal Pelas" və "Qudison Park" stadionları İngiltərəni və Premyer Liqanı sevməyimin səbəblərindən biridir", - deyə mütəxəssis vurğulayıb.

Qvardiola İngiltərə Kubokunu da yüksək qiymətləndirib:

"İngiltərə Kubokunu çox sevirəm, çünki Birinci Liqa komandalarına qarşı oynamaq imkanı yaradır. Bu mənə çox xoş gəlir".

Milli.Az