Milli Qəhrəmanımızın oğlu vəkil oldu

13 Mart 2026 12:50

Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına (VK) üzv qəbul olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.

Qeyd edək ki, Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, 1992-ci ilin 1 oktyabr tarixində Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.

Milli.Az