Bu rayonun bəzi kəndləri birləşdirilir

13 Mart 2026 12:24

Laçın rayonunun bəzi kəndlərinin birləşdirilməsi nəzərdə tutulur.

Milli.Az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda əksini tapıb.

Qeyd edilib ki, Şəlvə kəndinin İmanlar, Kürdhacı kəndinin Hacısamlı, Səfiyan kəndinin isə Türklər, Aşağı Fərəcan və Yuxarı Fərəcan kəndləri ilə birləşdirilməsi nəzərdə tutulur.

Milli.Az