Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı

13 Mart 2026 12:12

Barəsində ağır ittihamlar səsləndirilən vəkil Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarılıb.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, kollegiyanın İntizam Komissiyası belə qərar qəbul edib.

Qərara əsasən, R.Ramazanov artıq kollegiyanın üzvü deyil.

Qeyd edək ki, iki ay əvvəl ixtisasca həkim olan L.Abdullayeva R.Ramazanova qarşı ağır ittihamlar irəli sürüb. Hazırda onlar arasında məhkəmə çəkişməsi gedir.

Milli.Az