Azərbaycanlı müğənni Afət Fərmanqızı son açıqlaması ilə sosial şəbəkələrdə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi həmkarı Şəbnəm Tovuzlu və onun ailəsi ilə bağlı fikirlərini bölüşərək müzakirələrə səbəb olub. O, bildirib ki, Şəbnəmin həyat yoldaşı Hacı ailəsinə sahib çıxan, məsuliyyətli bir insandır.
Afət Fərmanqızı qeyd edib ki, Hacı uşaqlara ata qayğısı göstərir, onları məktəbə aparıb-gətirir və daima ailəsinin yanında olur. Müğənni belə kişiləri nümunə göstərərək, "əsl kişi budur" ifadəsini işlədib.
Sənətçi həmçinin Şəbnəm Tovuzluya dəstək verərək, onların ailə münasibətlərinin möhkəm olduğunu vurğulayıb: "Hacıya halaldır, 14 ildir Şəbnəmlə ayıra bilmədiniz". Onun sözlərinə görə, bəzi insanların bu münasibəti illərdir pozmağa çalışmasına baxmayaraq, buna nail ola bilməyiblər.
Afət Fərmanqızı əlavə edib ki, onların ailəvi münasibətləri də var və həyat yoldaşları bir-birini tanıyır. Müğənninin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az