İpoteka ödəyənlərə ŞAD XƏBƏR: Məbləğin bir hissəsini geri ala bilərsiz

13 Mart 2026 13:27

İpoteka kreditini vaxtından əvvəl bağlayan şəxslər məbləğin bir hissəsini geri ala bilərlər.

Milli.Az-ın məlumatına görə, kredit rəsmiləşdirilərkən bağlanan həyat sığortası müqaviləsində müəyyən müddət üçün ödəniş nəzərdə tutulur.

Əgər vətəndaş krediti həmin müddət bitməmiş tam bağlayarsa, istifadə olunmayan dövr üçün hesablanan sığorta məbləğinin bir hissəsi geri qaytarıla bilər.

Bu məbləğ faiz kimi deyil, əvvəlcədən ödənilmiş sığorta haqqının istifadə olunmayan hissəsi kimi hesablanır. Yəni kredit bağlanarkən yalnız həmin günə qədər hesablanan faiz ödənilir, qalan dövr üçün nəzərdə tutulmuş sığorta ödənişinin isə bir hissəsi geri qaytarıla bilər.

Mina Mikayılova
Milli.Az