Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası çərçivəsində nəzərdə tutulan tədbirlərin təşkili xidmətinin satınalınması ilə bağlı açıq tender elan edib.
Milli.Az xəbər verir ki, ehtimal olunan satınalma dəyəri 315060 AZN (üç yüz on beş min altmış manat) təşkil edir.
Təkliflərin son təqdim olunma tarixi 14.04.2026 saat 15:00, zərflərin açılışı isə həmin tarixdə eyni vaxtda keçiriləcək.
Müsabiqədə iştirak 37,10 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Ayxan
Milli.Az