Bir çox ev xanımı şərbəti daha yaxşı çəksin deyə paxlavanın üstünü bağlasa da, usta şirniyyatçılar bunun ən böyük səhv olduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, şərbət tökülmüş paxlavanın üzərini örtmək içəridəki istiliyin buxara çevrilməsinə və həmin buxarın su damcıları şəklində yenidən paxlavanın üzərinə düşməsinə səbəb olur.
Beləcə xırtıltını yox edir, nazik yuxa qatları nəmlənir və yumşalır.
Qatlar arasındakı hava boşluqları nəm ilə dolur və paxlava gözlədikcə xəmir kimi bir toxuma alır.
Paxlavanın şərbəti daha sürətli çəkməsi üçün sinini örtmək keyfiyyəti ciddi şəkildə aşağı salır.
İdeal üsul belədir:
Şərbət töküldükdən sonra paxlava otaq temperaturunda ən az 3-4 saat üstü tamamilə açıq şəkildə saxlanmalıdır. Beləliklə, artıq nəm buxarlanır və paxlava öz parlaqlığını qoruyur.
Əgər paxlavanı tozdan və ya digər təsirlərdən qorumaq məcburiyyətindəsinizsə, qətiyyən başqa bir sini və ya qapaqdan istifadə etməyin.
Paxlava tamamilə soyuduqdan sonra üzərinə təmiz və nazik bir tənzif sərin. Tənzif hava sirkulyasiyasına imkan verərək nəm yığılmasının qarşısını alacaq.
Paxlavanı otaq temperaturunda və nəmsiz bir yerdə saxlamaq lazımdır. Soyuducuya qoyulan paxlava qısa müddətdə xarlanır, üstü örtülən paxlava isə xəmir olur. Mükəmməl paxlava çəngəli vurduğunuzda xırtıltı səsi çıxarmalıdır.
Lalə Qüdrətova
Milli.Az