"Ən çirkin vaxtlarımız idi"

13 Mart 2026 05:05

Türkiyəli aktrisa Nebahat Çehre "Aşk-ı Memnu" serialına çəkildiyi vaxtlardan söz açıb.

Milli.Az xəbər verir ki, aktrisa əvvəlki dövlərdə çəkiliş meydançasında aktyor və aktrisaların hazırlaşması üçün imkanların az olduğunu və məlumatsız olduqlarını açıqlayıb:

"Yeşilçam" o vaxt çox məlumatsız idi. Makiyaj və salonun nə olduğunu bilmirdik. O dövr bizim ən çirkin vaxtlarımız idi. Hətta necə rol ifa edəcəyimizi belə bilmirdik. Aktyorluq bacarıqlarını yaşayaraq və öyrənərək qazandıq".

Qeyd edək ki, Nebahat Çehre aktyorluq karyerasına 1960-cı illərdə başlayıb və 1980-ci illərə qədər davam edib, 2000-ci illərdə yenidən televiziya seriallarına qayıdıb. O, "Aşk-ı Memnu" serialındakı "Firdevs Yöreoğlu" rolu ilə məşhurlaşıb. (Axşam.az)

Milli.Az