İranın elektrik şəbəkəsi məhv edilsə, Yaxın Şərq 30 dəqiqə ərzində qaranlığa qərq olar.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani özünün X səhifəsində yazıb.
"Donald Tramp deyib ki, bir saat ərzində İranın elektrik enerjisini kəsə bilərdim, amma bunu etmədim. Əgər o bunu etsə, bütün bölgədə elektrik kəsilməsi cəmi yarım saat çəkərdi. Qaranlıq bölgədə qaçan ABŞ hərbçilərini tapmaq və onları ovlamaq üçün əlverişli bir fürsətə çevrilərdi", - o, qeyd edib.
Milli.Az