İran Novruz bayramına qədər müharibəni BİTİRƏCƏK?

12 Mart 2026 17:12

ABŞ, İsrail və İran arasında baş verən gərginliyin martın 21-nə təsadüf edən Novruz bayramına qədər başa çata biləcəyi iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvinin açıqlamasına əsasən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ və İsrail uzunmüddətli müharibə aparmaq imkanına malik deyil və buna görə də qarşıdurmanın Novruza qədər bitməsi mümkündür.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. 

Buna cavab olaraq İran İsrail ərazisinə onlarla ballistik raket atıb. İsrael hücumları təsdiqləyib, ölkədə hava hücumu xəbərdarlığı üçün sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Martın 1-də isə İranın ali dini lideri Ali Xameneinin hücumlar zamanı öldürüldüyü barədə iddialar yayılıb.

Bununla yanaşı, İran ABŞ hərbi bazalarının yerləşdiyi bəzi qonşu ölkələrə raket zərbələri endirib. Baş verən hadisələr fonunda həmin ölkələrin bir çoxunda hava məkanı müvəqqəti olaraq bağlanıb. 

Asya
Milli.Az