Əməkdar artist Yusif Mustafayevin oğlu Tərlan Mustafayev canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib və müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, Tərlan Mustafayev televiziya proqramlarından birində qonaq olarkən verilişlərə müəyyən səbəblə gəldiyini bildirib. O, bəzi aparıcılardan atasının "qisasını almaq" üçün efirə çıxdığını deyərək iddialı açıqlamalar verib.
Tərlan Mustafayevin sözlərinə görə, müəyyən aparıcılar zamanında atasından istifadə edib və ona qarşı düzgün münasibət göstərməyiblər. Bu səbəbdən də o, həmin məsələlərə münasibət bildirmək istədiyini vurğulayıb.
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İstifadəçilər arasında mövzu ilə bağlı fərqli fikirlər səsləndirilib.
Musa
Milli.Az