"Hər şeyi özü ilə apardı, amma mənə söz verdi ki..."

12 Mart 2026 14:15

Mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, o, mərhum sənətçi ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq duyğularını izləyiciləri ilə bölüşüb. Röyal bildirib ki, artıq dərdini azaltmaq üçün edilən paylaşımlar və yazılar ona təsəlli vermir. Onun sözlərinə görə, heç nə yaşadığı ağrını yüngülləşdirməyə kömək etmir.

O, qeyd edib ki, həyatına Tünzalə daxil olduqdan sonra hər şey dəyişib, həyatına rəng gəlib və yaşamağın mənasını daha yaxşı anlayıb. Röyal bildirib ki, sənətçi ona sevgini və həyatın dəyərini öyrədib.

Həyat yoldaşının vəfatından sonra isə həyatında böyük boşluq yarandığını deyən Röyal, onun hər şeyi özü ilə apardığını vurğulayıb. O, paylaşımında mərhum sənətçinin ona verdiyi bir vədi də xatırladıb və bildirib ki, bir gün yenidən qovuşacaqlarına inanır.

Qeyd edək ki, Tünzalə Əliyeva xəstəlik səbəbindən vəfat edib. Onunla bağlı edilən paylaşımlar sosial şəbəkələrdə tez-tez diqqət çəkir. 

Milli.Az