"Premium Bank" kartına pul yükləyəndə faiz tutulacaq

12 Mart 2026 11:56

"Premium Bank" kart və hesablarına terminallar vasitəsilə edilən mədaxillərdən 1% xidmət haqqı tutulacaq.

Milli.Az xəbər verir ki, digər ödəniş istiqamətləri üzrə tariflərdə hər hansı dəyişiklik nəzərdə tutulmur.

Müvafiq xidmətlər əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Yeni komissiya qaydası 1 aprel 2026-cı il tarixindən tətbiq ediləcək.

Mina Mikayılova
Milli.Az