25 yaşlı ulduz futbolçu karyerasını bitirə bilər.
Milli.Az xəbər verir ki, "Bayern"in futbolçusu Alfonso Deyvis klub futbolundan erkən ayrılmağı düşünür.
Məlumata görə, kanadalı müdafiəçi son oyunda aldığı yeni zədədən sonra karyerasını dayandırmaq variantını ciddi şəkildə nəzərdən keçirir.
"Bayern" rəhbərliyi isə futbolçuya dəstək verir və onun komandada qalmasını istəyir. Bildirilir ki, Deyvis erkən karyerasını bitirmək qərarı versə, Münhen klubu uzunmüddətli xidmətinə görə ona klub daxilində xüsusi vəzifə təklif etməyə hazırdır.
Qeyd olunur ki, 2020-ci ildə "Bayern"in Çempionlar Liqasının finalında PSJ-ni məğlub etməsindən sonra Alfonso Deyvis tez-tez zədələrlə üzləşib. Bu səbəbdən 24 yaşlı futbolçu karyerasını başa vurmaq barədə düşünür. (Offsideplus.az)
Milli.Az