“Hizbullah” İsrailə qarşı hərbi əməliyyata başladı

12 Mart 2026 00:31

Livanın "Hizbullah" hərəkatı İsrailə qarşı hərbi əməliyyata başladığını elan edib.

Milli.Az xəbər verir ki, İsrailin şimalına 100-dən çox raket atılıb. Yuxarı Qalileydə, Qolan təpələrində, Kiryat Şmona və Hayfa şəhərlərində partlayış səsləri eşidilib. 

İsrailin "Dəmir Qübbə" raketdən müdafiə sistemi kütləvi hücumu dəf etməyə çalışır.

Milli.Az