"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, külli miqdarda dələduzluq ittihamı ilə axtarışa verilmiş Könül bu gün şübhəli şəxs qismində tutulub.
Hazırda Xəzər Rayon Polis İdarəsində ilkin istintaq hərəkətləri aparılır. K.Həmzəyevanın sabah məhkəməyə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, bir ay əvvəl də tanınmış influenser Fidan Zeyn və Azerina da Könüldən şikayət edib. Onlar Həmzəyeva tərəfindən 150 min manat pullarının ələ keçirdiyini deyiblər.
Milli.Az