Türkiyədə zəlzələ OLDU

11 Mart 2026 16:26

Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxta 13:58-də (Bakı vaxtı ilə 14:58-də ) qeydə alınıb. Yeraltı təkanların episentri Göksun rayonu olub, yeraltı ocağı 7 dərinlikdə qeydə alınıb.

Zərərçəkənlər və dağıntılarla bağlı məlumat daxil olmayıb.

Milli.Az