Yasamalda sakinlər maşın saxlamağa yer tapmır - Ərazidə obyektlər açılıb?

11 Mart 2026 17:17

Paytaxtın Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin sakinləri yaşadıqları binanın zirzəmisinin giriş-çıxışı zəbt olunub. 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, qaraj kimi nəzərdə tutulan ərazidə obyektlər fəaliyyət göstərdiyindən bina istismara qəbul edilmir. Bu səbəbdən onlar yaşadıqları mənzillər üçün çıxarış ala bilmirlər. 

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən bina qurumun balansında deyil.

FHN-dən verilən məlumata görə isə mənzil tikinti korporativi tərəfindən tikilən yaşayış binasının inşasına 2010-cu ildə başlanılıb:

"Tikinti başa çatdırılmadan rəhbər şəxs cinayət məsuliyyətinə cəlb olunub. İşlər yarımçıq qalıb. Daha sonra işlər sakinlər tərəfindən tamamlanıb. Bəzi çatışmazlıqlara görə isə binanın istismarına icazə verilməsi mümkün olmayıb". 

Asya
Milli.Az