Şəmkirdə yerləşən park xarabalığı xatırladır - FOTO

11 Mart 2026 19:01

Şəmkir şəhərində yerləşən istirahət parkı baxımsız vəziyyətdədir.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub. 

Bildirilir ki, həmin park xarabalığı xatırladır. İstismar müddətini başa vurmuş atraksionlar, baxımsız qalan yaşıllıqlar sakinləri narahat edir. 

Nəzərə alsaq ki, qarşıdan yay mövsümü gəlir və insanlar istirahət üçün parklara üz tuturlar. Şəmkir şəhərinin girişində yerləşən bu məkanın mövcud vəziyyəti isə məyusedici mənzərə yaradır.

Sakinlər aidiyyatı qurumlardan məsələnin tezliklə həll edilməsini tələb edirlər.

Mina Mikayılova
Milli.Az