Laporta: “Alvaresə bir dünya pul verməyə dəyməz”

11 Mart 2026 13:00

"Barselona"nın prezidenti Joan Laporta klubun "Atletiko Madrid"in hücumçusu Xulian Alvaresə olan marağı ilə bağlı açıqlama verib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  Alvaresin "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

"Xulian Alvares, deyilənə görə, "Barselona" sisteminə mükəmməl uyğunlaşacaq əla oyunçudur. Amma ona bir dünya pul xərcləməyə dəyməz. Əvvəlcə bu transferə hazır olduğunu göstərməlidir. Qiymət də məqbul olmalıdır", - deyə Laporta bildirib.

Bu mövsüm Alvares bütün yarışlarda 40 oyunda meydana çıxıb, 14 qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, Alvaresin bazar dəyəri 100 milyon avrodur.

Milli.Az