İspaniyanın "Barselona" futbol komandasınınnın hücumçusu Lamin Yamal Çempionlar Liqasında klubun yeni rekordunu müəyyənləşdirib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Opta" statistik mərkəzinin məlumatına görə, Yamal "Barselona"nın avrokuboklar tarixində ən gec vurulan penalti qoluna imza atıb.
1/8 final mərhələsinin "Nyukasl"la (İngiltərə klubu) keçirilən ilk oyununda (1:1) Lamin matçın 96-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
Xatırladaq ki, "Barselona" və "Nyukasl" arasındakı cavab qarşılaşması martın 18-də İspaniyada baş tutacaq.
Milli.Az