Bazarlarda xarici məhsullar artır, yerli növlər azalır - Səbəb NƏDİR?

11 Mart 2026 14:24

Bir zamanlar Xaçmaz pomidoru, Quba alması, Zaqatala fındığı, Sabirabad qarpızı məşhur yerli məhsullardandır. Lakin hazırda bazarda satılan meyvə və tərəvəzlərə diqqət etdikdə görürük ki, yerli növlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. 

Milli.Az xəbər verir ki, alıcılar adətən yerli növ məhsul axtarsalar da tapa bilmirlər. 

Bölgə bazarlarında da vəziyyət eynidir. İsmayıllı sakinlərinin sözlərinə görə, yerli məhsul tapmaq mümkün deyil. 

Bəs bu nə ilə bağlıdır? 

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə kənd təsərrüfatı istehsalında yerli növlərin azalmasının bir neçə səbəbi var:

"Bu səbəblər içərisində birinci yerdə iqtisadi faktorların yaratdığı bir zərurətdir. Yerli məhsullar istər ölkə daxilində olan bazarlarda, istərsə də ixrac istiqamətində fəaliyyət həyata keçirilərkən digər ölkələrdən daxil olan məhsullara uduzurlar. Bir hektar ərazidə yerli məhsulların istehsalı nəticəsində 100 kq istehsal edə bilirsə, digər növlər daha yuxarı göstəricilərlə istehsal oluna bilər. Müasir dünyada isə başlıca şərt odur ki, minamal sahələrdə maksimal məhsul istehsalı kim edirsə, onlar daha çox gəlirli fəaliyyət göstərirlər". 

Ekspert qeyd edib ki, fermerlər hazırda daha məhsuldar növlərin əkilməsinə maraqlıdırlar. 

Aysel
Milli.Az