Satışa çıxarılmasa da, təqdimatı keçirilən "iPhone 17e"nin ardınca "iPhone 18e" üçün hazırlıqlara başlanılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Apple"ın "iPhone 18e"nin inkişaf planını böyük ölçüdə tamamladığı bildirilir.
Bu isə "Apple"ın məhsul inkişaf strategiyasının nə qədər uzunmüddətli planlaşdırıldığını göstərir. Şirkət adətən yeni "iPhone" modellərinin dizayn və istehsal mərhələlərinə illər əvvəl başlayır. Bununla da, təchizat zənciri və istehsal prosesləri daha balanslı şəkildə idarə olunur.
Məlumatlara görə "iPhone 18"lərdə aşağıdakı yeniliklər ola bilər:
- "Apple A20" seriyalı prosessorlar və daha inkişaf etmiş istehsal texnologiyası;
- 12 GB RAM seçimi;
- Daha inkişaf etmiş kamera sensorları və ön kamera yenilənməsi;
- Dizaynda kiçik dəyişikliklər və ekran kəsiyində mümkün təkmilləşdirmələr.
Milli.Az