"Hürrəm sultan"la "Sultan Süleyman" 15 il sonra eyni LAYİHƏDƏ!

11 Mart 2026 10:00

Məşhur "Möhtəşəm yüz il" serialının əsas rol ifaçıları Məryəm Üzərli və Halit Ərgenç uzun illər sonra eyni layihə üşün kamera qarşısına çıxacaqlar. 

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyorlar "İmrozda bahar" adlı filmə çəkiləcəklər.

Cütlüyün birgə performansı izləyicilərdə indidən böyük maraq doğurub.

Qeyd edək ki, bu, serial ulduzlarının çəkiləcəyi ilk filmdir

Hüseyn
Milli.Az