ABŞ İrandakı gündəlik əməliyyat üçün görün nə qədər vəsait XƏRCLƏYİR

11 Mart 2026 10:06

ABŞ İrana qarşı hərbi əməliyyatın həyata keçirilməsi üçün gündəlik 900 milyon dollar xərcləyir.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı senator Con Tun bildirib.

"Bu, əhəmiyyətli dərəcədə yüksək məbləğdir, lakin hesab edirəm ki, mövqelərimiz yaxşıdı. Hədəflərimizə nail olacağıq. Bu, yerinə yetirilməsi zəruri olan vacib missiyadır və ümid edirəm ki, tez bir zamanda başa çatacaq", - o qeyd edib. 

Bundan əvvəl isə "The Washington Post" qəzeti öz mənbələrinə istinadən ABŞ Silahlı Qüvvələrinin İrana ilk zərbələrinin 5,6 milyard dollara başa gəldiyini yazıb.

Milli.Az