Salyanda ağır QƏZA - Ölən və yaralanan var

11 Mart 2026 09:54

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Hadisə nəticəsində Goranboy rayon sakini 1994-cü il təvəllüdlü Babayev Namaz Qurban oğlu hadisə yerində həyatını itirib. 2007-ci il təvəllüdlü Nahid Orucsoy isə müxtəlif dərəcəli xəsarətlər alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo

Milli.Az