Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı yola salınıb - VİDEO - FOTO - YENİLƏNİB

11 Mart 2026 11:43

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti taxıl tədarükü həyata keçirilib.

Milli.Az xəbər verir ki, 11 vaqondan ibarət ümumi çəkisi 1023 ton (netto 770 ton) olan taxıl 11 mart tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndərilib.

Belə ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.

Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

Xatırladaq ki, fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.

Milli.Az

____________________

Saat - 09:28

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşür.
 
Milli.Az report-a istinadən xəbər verir ki, taxılın ümumi çəkisi 1 023 tondur.

Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Sonuncu dəfə martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

Milli.Az