Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb - FOTO - YENİLƏNİB

11 Mart 2026 12:29

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Milli.Az xəbər verir ki, Qayıdış proqramı çərçivəsində bu mərhələdə yola salınan karvanla Xocalı rayonunun Xanabad kəndinə 21 ailə, ümumilikdə 103 nəfər çatdırılıb.

Belə ki, kəndə gələn ailələrə yaxın zamanda onlara məxsus evlərin açarları təqdim olunacaq.

Qeyd edək ki, Xanabad kəndinə köçürülən bu ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar./Trend.Az

Milli.Az

______________

Saat - 09:04

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb.

Milli.Az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 20 ailə (81 nəfər), Xocalı rayonunun Xanabad kəndinə isə 21 ailə (103) nəfər köçürülüb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Milli.Az