İldə 300.000 dollardan çox MAAŞ ALIR: İşi düyməyə basmaqdır - VİDEO

14 Mart 2026 14:53

Dünyanın ən populyar avtomobil yarışı olan Formula 1-də diqqət adətən pilotların və komandaların üzərində olsa da, yarışın təhlükəsiz və qaydalara uyğun keçirilməsində mühüm rol oynayan başqa bir şəxs də var.

Milli.Az xəbər verir ki, söhbət FIA-nın Yarış Direktoru və Start Rəhbərindən gedir.

Bu vəzifə sahibi yarışın bütün təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edir, start prosedurunun düzgün təşkil olunmasını təmin edir və dünyanın ən sürətli avtomobillərinin eyni anda və qaydalara uyğun şəkildə yarışa başlamasına cavabdeh olur. Məhz onun qərarları yarışın problemsiz başlanmasına və ya gözlənilməz xaosa çevrilməsinə səbəb ola bilər.

Məlumata görə, bu məsul vəzifəni yerinə yetirən şəxs ildə 300 min dollardan çox maaş alır. Çünki onun üzərinə düşən məsuliyyət təkcə yarışın idarə olunması ilə məhdudlaşmır, həm də minlərlə azarkeşin izlədiyi və milyonlarla dolların dövr etdiyi yarışın təhlükəsizliyini təmin etməkdir.

Motosport dünyasında "bir düymə qərarı" kimi tanınan start siqnalı isə yarışın ən kritik anlarından sayılır. Həmin an verilən qərar Formula 1 Qran Prisinin qüsursuz başlamasına və ya yarışın qarışıqlıqla yadda qalmasına səbəb ola bilər.

Musa
Milli.Az